ABŞ “dünyanı köklü şəkildə dəyişdirən” həftəni elan etdibackend

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti həftəsi dünyanı kökündən dəyişdirdi və ABŞ-ın artıq dünya lideri olmadığını açıq şəkildə göstərdi.

Amerikanın Bloomberg agentliyinin məlumatına görə, bunu Şanxaydakı Şərqi Çin Normal Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Dozef Qreqori Mahoni deyib.

O, ŞƏT sammitini şərh edərkən deyib: “Çin mesajlarını mükəmməl işləyib və ardıcıllıqla tərtib edib və Xi, Putin və Modinin bir-birini qucaqlayan görüntüsü getdikcə aydınlaşır… Bu həftə dünyanın kəskin dəyişdiyi həftə kimi yadda qalacaq”.

Bloomberg-in yazdığı kimi, sammit ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına alternativ yaratmaq üçün “Xi Jinping-in on illik siyasi layihəsinin qələbəsi” oldu.