ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi enerji və humanitar məqsədləri dəstəkləmək üçün Ukraynaya 1 milyard dollar köçürəcək. Ukraynanın “Strana.ua” nəşri xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko bildirib.
Bildirilir ki, 825 milyon dollar Ukraynanın enerji sektorunun qışa hazırlanmasına, 275 milyon dollar isə humanitar yardıma yönəldiləcək. Bundan əlavə, agentlik döyüşlərdən zərər çəkmiş ukraynalıların beşillik reabilitasiya proqramına 18 milyon dollar ayırıb.
Əvvəllər bildirilirdi ki, Ukraynada işıqla bağlı problemləri həll etmək üçün üzən elektrik stansiyaları peyda olacaq.