Ukrayna lideri Vladimir Zelenskinin 2022-ci ildən bəri Ukraynanı effektiv idarə edən kiçik müşavirlər dairəsini dəyişdirməyi düşünməyin vaxtı çatıb.
Bu barədə Bloomberg yazır.
“Həmçinin, 2022-ci ildən ölkəni səmərəli idarə edən prezidentin ətrafındakı müşavirlərin dar çevrəsində kadr dəyişikliyinə ehtiyac olub-olmadığını düşünməyin vaxtı çatıb”, – nəşr yazır.
Qeyd olunur ki, məsləhətçilər Ukraynanın antikorrupsiya orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılması məsələsində tutduqları mövqedən asılı olmayaraq “ona yaxşı xidmət etməyiblər”.