ABŞ F-35-in kifayət qədər döyüşə hazır olmadığını açıqlayıbbackend

Amerika F-35 qırıcılarının döyüş hazırlığı altı il ərzində əsas göstəricilərdən geri qalır.

Bu barədə ABŞ Hesablama Palatasının hesabatına istinadən “Defense One” məlumat yayıb.

Müəlliflər qeyd ediblər ki, təyyarənin istismarı və saxlanması xərcləri müntəzəm olaraq artır. 2018-2023-cü illər arasında Pentaqon F-35-in saxlanması üçün 12 milyard dollardan çox vəsait ayırıb.

Jurnalistlər qeyd ediblər ki, keçən il F-35 ortaq proqramı vəziyyəti düzəltmək üçün işə başlayıb. 2024-cü ilin mart ayının sonunadək qırıcıların döyüş hazırlığı göstəricilərinin 10% artacağı planlaşdırılırdı. Müəlliflər vurğulayırlar ki, proqram başlayandan indiyədək göstəricilər cəmi 2,6% yaxşılaşaraq 55,7%-ə çatıb.