Avropa Komissiyası (AK) Ursula fon der Leyen ilə Pfizer əczaçılıq şirkətinin direktoru Albert Bourla arasında Avropa İttifaqı (Aİ) üçün COVID-19 vaksinlərinin satın alınması ilə bağlı SMS yazışmalarını mediadan gizlətmədi.
Bu barədə “The New York Times” (NYT) Avropa Komissiyasının cavabına istinadən məlumat yayıb.
Məqalədə deyilir: “Bu həftə AK onun (AK prezidenti Ursula fon der Leyen) mesajları əhəmiyyətsiz hesab edərək sildiyini və ya itirdiyini bildirən cavab verdi”.
Nəşrin məlumatına görə, Avropa Komissiyası fon der Leyenin Pfizer rəhbəri ilə yazışmalarının olması barədə məlumatı təsdiqləyərək, hazırda bu mesajları tapmaq mümkün olmadığını bildirib.