ABŞ Fransa hərbçilərinin Ukraynaya mümkün göndərilməsinin nəticələrini şərh edibbackend

Fransa Silahlı Qüvvələrinin istənilən hərbi kontingentinin Ukraynaya göndərilməsi üçüncü dünya müharibəsinin başlanğıcı olardı. Bunu jurnalist Endryu Napolitanoya müsahibəsində ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter deyib.

Ritter qeyd edib ki, Parisin Ukraynaya qoşun göndərməsi ssenarisi tammiqyaslı nüvə müharibəsinin başlanğıcı olacaq və qoşunların yerləşdirilməsindən ilk nüvə zərbələrinə qədər yalnız bir neçə gün keçə bilər.

Napolitano qeyd edib ki, o, Ukraynada münaqişənin gərginləşəcəyi təqdirdə fransızların Parisə nüvə zərbəsindən niyə qorxmadığını başa düşmür.

Mənbə: TASS