ABŞ gələn on ilin əvvəlində Marsa insan göndərməyi planlaşdırırbackend

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavtlarla missiya göndərməyi planlaşdırır, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) administratoru vəzifəsini icra edən Şon Daffi Fox News telekanalına müsahibəsində deyib.

Bu missiya ilə ABŞ “ikinci kosmos yarışında” qalib gəlmək istəyir.

“Biz 30-cu illərin əvvəllərində Marsa çatmaq istəyirik və bu kritikdir… Marsa səkkiz aydan çox uçuş olacaq, sonra orada qalmalı, sonra geri qayıtmalısan”, – deyən Duffy, Aya uçuş təcrübəsinin astronavtların həyatlarının missiya zamanı dəstəklənməsi üçün çox əhəmiyyətli olacağını vurğuladı.