ABŞ hakimiyyəti anti-Rusiya sanksiyalarını genişləndiribbackend

ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarına “Maqnitski siyahısı”na daha əvvəl ABŞ məhdudiyyətlərinə məruz qalmış daha dörd Rusiya vətəndaşını əlavə edib.

Bu barədə maliyyə departamentinin mətbuat xidmətindən məlumat verilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “Maqnitski Aktı”na uyğun olaraq sanksiya siyahısına “Federal Təhlükəsizlik Xidməti ilə əlaqəli” kimi daxil edilənlər arasında: Aleksey Aleksandrov, Konstantin Kudryavtsev, İvan Osipov və Vladimir Panyayev var. Onların hamısı əvvəllər ABŞ-ın kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı məhdudiyyətlərinə məruz qalıb.

Bir gün əvvəl ABŞ hakimiyyəti Rusiya Federasiyası, Qazaxıstan və Slovakiyadan bəzi təşkilatları Şimali Koreyanın sanksiyalar siyahısına daxil edib. Sanksiya siyahısına Qazaxıstandan “Defence Engineering” MMC, Moskvada qeydiyyatdan keçmiş “Verus” MMC və Slovakiyadan “Versor” təşkilatı daxildir.