ABŞ hakimiyyəti iPhone-u təhlükəli cihazlar siyahısına salıb

ABŞ Daxili Təhlükəsizlik Departamentinin kibertəhlükəsizlik agentliyi ən son ƏS versiyasına yeniləmədən iPhone və digər Apple cihazlarından istifadənin təhlükələri barədə xəbərdarlıq edib.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

ABŞ departamentinin məlumatına görə, qurğular təhlükəlilər siyahısındadır, çünki yeniləmələri yükləmədən və quraşdırmadan qadcetlər hakerlər tərəfindən sındırıla bilər. Təhlükəni Amerikanın “Apple” şirkəti rəsmən təsdiqləyib.

Nazirlik bildirib ki, Kupertinoda yerləşən şirkət iPhone, iPad və Mac kompüterlərində Safari brauzerlərində kritik təhlükəsizlik boşluqlarını aradan qaldıraraq mühüm yeniləmələr buraxıb.

Mənbə: Fox News

İctimai.az

Oxşar xəbərlər