ABŞ hakimiyyəti Türkiyəyə F-16-ların satışını təsdiqləmək istəyirbackend

“Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16 qırıcıları və təkmilləşdirmə dəstlərinin ümumi məbləği 20 milyard dollara satışını təsdiq etməyi xahiş edib.

Mənbələrin bildirdiyinə görə, ABŞ hakimiyyət orqanları tərəfindən qanunvericilərə sorğu ilə məktub göndərilib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib ki, Vaşinqton Ankaraya F-16-ların tədarükünə zəmanət vermir. O qeyd edib ki, bu məsələ ilə bağlı Konqres qərar verir.

Mənbə: Reuters