ABŞ heç bir halda İrana qarşı sanksiyaları ləğv etməyəcəyini bildiribbackend

RİA Novosti xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Meksikanın xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı bildirib ki, ABŞ hətta Tehranın 5 Amerika vətəndaşını azad etməsindən sonra da İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.

“İcazə verin, vəziyyəti aydınlaşdırım. Heç bir şəraitdə və heç bir halda İran sanksiyaların yüngülləşdirilməsini almayacaq”, – ABŞ rəsmisi bildirib.

Avqustun 10-da “The New York Times” qəzeti ABŞ və İranın məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini yazıb.

Mənbə: RİA Novosti