Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın hücum olacağı təqdirdə İsraili müdafiə edəcəyini bildirib. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Ostin vurğulayıb ki, Vaşinqton Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin aradan qaldırılmasından sonra gərginliyi azaltmağa çalışır.
Pentaqon rəhbəri “Bunun genişmiqyaslı davaya çevrilməsi ehtimalından narahatıq” dedi.
Mənbə: TASS