ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya gəmilərinin Kubaya səfərini izləyəcəkbackend

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Kubaya səfərini izləyəcək. Bu barədə adı açıqlanmayan amerikalı rəsmilərə istinadən CBS News məlumat yayıb.

“Amerika gəmiləri rusları izləmək üçün yerləşdiriləcək”, materialda deyilir.

Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələri təlimlərin təhlükə hesab olunmadığını vurğulayıb.

Mənbə: CBS News