ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ-ın “Gerald Ford” təyyarədaşıyan gəmisi zərbə qrupu ilə birlikdə çərşənbə axşamı günü Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Aralıq dənizinin şərqinə çatıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, daşıyıcı qrup vəziyyəti gərginləşdirmək və ya bu müharibənin ərazisini genişləndirmək istəyən hər hansı oyunçunun qarşısını almaq üçün gəlib.
CENTCOM-un rəhbəri general Maykl Kurilla vurğulayıb ki, təyyarədaşıyan gəminin gəlişi İsrailə düşmən olan tərəfin vəziyyətdən istifadə etməyə çalışacağı halda çəkindirmə siqnalı olmalıdır.
Mənbə: RİA Novosti