“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ müdafiə sənayesi üçün sürmə istehsalını artırır.
Məsələn, sürmə müdafiə şirkətləri tərəfindən güllələrin və zirehdələn mərmilərin keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Çin ABŞ prezidenti Donald Trampın ticarət müharibəsinə cavab olaraq bu elementin tədarükünü dayandırdı. İndi Amerika şirkətləri sürmənin sonuncu dəfə 20-ci əsrdə istehsal edildiyi şimal Alyaska və Aydaho ştatlarında yataqları bərpa edirlər.
Nəşrin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi yeni layihələrə investisiya qoyur.














