ABŞ Hərbi Hava Qüvvələrinin Nyu-Meksiko ştatındakı bazasında atışma baş verib, xəsarət alanlar varbackend

Associated Press-in məlumatına görə, Nyu-Meksiko ştatındakı Holloman Hərbi Hava Qüvvələri Bazasında baş verən atışmada bir nəfər ölüb, digəri yaralanıb.

Hadisə yerli vaxtla saat 17:30 radələrində baş verib. Zərərçəkənə tibbi yardım göstərilir. Hazırda hərbi obyektdə heç bir təhlükə yoxdur. Hadisənin təfərrüatları açıqlanmayıb.

Daha əvvəl Detroyt ətrafındakı (Miçiqan, ABŞ) sinaqoqa basan livanlı kişinin ailəsini İsrail hücumları nəticəsində itirdiyi bildirilirdi. 41 yaşlı Ayman Məhəmməd Qəzali tüfənglə silahlanaraq maşınını Temple Israel sinaqoquna sürüb. Təhlükəsizlik işçiləri ona atəş açıblar. Qəzali ölüb.