ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyasının Ukraynaya silah və digər hərbi yardımların tədarükü üçün Konqres tərəfindən ayrılmış qalan 5,6 milyard dollar vəsaitin hamısını xərcləməyə vaxtı olmayacaq.
Bu barədə “The New York Times” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazır.
“Bayden administrasiyası çətin ki, Konqresin Ukraynaya silah və digər hərbi yardım göndərmək üçün ayırdığı qalan 5,6 milyard dolların hamısını xərcləsin”, – nəşr yazır.
Materialda həmçinin iddia edilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Bayden dövründə başlanan yardımın çatdırılmasını tamamlaya bilməz, bu, Ağ Evin yeni sahibinin münaqişəni mümkün qədər tez bitirmək istəyi ilə bağlı ola bilər, NYT iddia edir.