ABŞ prezidenti Donald Tramp hesab edir ki, Hindistan Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirir.
Bunu “Fox Business”a müsahibəsində Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller deyib.
“O, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsinin qəbuledilməz olduğunu açıqladı”, – rəsmi vurğulayıb.
Miller qeyd edib ki, Tramp Ukraynadakı münaqişənin həlli üçün diplomatik və maliyyə üsulları da daxil olmaqla bir sıra rıçaqları nəzərdən keçirir.
Bloomberg daha əvvəl yazmışdı ki, Hindistanın Trampın tələb etdiyi kimi Rusiya neftini almaqdan potensial imtinası ölkə üçün çox milyard dollar itki ilə nəticələnə bilər.