ABŞ hökuməti bağlanmadan qaça bilərbackend

Nümayəndələr Palatasının konqresmenləri Birləşmiş Ştatlar hökumətinin maliyyələşdirilməsinin uzadılmasına səs verdilər və beləliklə, bağlanmadan – hökumət işinin dayandırılmasından qaçmaq imkanı qazandılar.

Bu barədə Amerika parlamentinin aşağı palatasında səsverməni canlı yayımlayan C-Span telekanalı məlumat yayıb.

Səsvermə bağlanmasının rəsmi elanına bir neçə saat qalmış müsbət yekunlaşıb – layihə kifayət qədər səs toplayıb: 366 konqresmen lehinə, 34-ü əleyhinə səs verib.

Səsverməyə əsasən, ABŞ hökumətinin maliyyələşdirilməsi uzadılacaq və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 100 milyard dollardan çox vəsait ayrılacaq.