“The Wall Street Journal” (WSJ) qəzetinin tanker izləmə şirkəti Kpler-in məlumatlarına istinadən verdiyi məlumata görə, İran Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazından neft ixracını artırıb.
Şirkətin məlumatına görə, son altı gün ərzində tankerlər gündə orta hesabla 2,1 milyon barel İran nefti yükləyib. Fevral ayında bu rəqəm gündə 2 milyon barel təşkil edib.
Hesabatda deyilir: “İranın ixrac həcmi həftədən həftəyə dəyişə bilər, lakin son artım digər istehsalçılardan fərqli olaraq, onların tədarükünün maneəsiz olduğunu və Çinin Tehranın neftinə marağını itirmədiyini göstərir”.










