NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı və ABŞ-ın Avropa Komandanlığının rəhbəri təyin edilən general Aleksus Qrinkeviç Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ biləcəyini iddia edib.
O, ABŞ Senatında dinləmələr zamanı müvafiq sualı belə cavablandırıb.
Senator Tommi Tabervilin Moskva ilə Kiyev arasında münaqişənin perspektivləri ilə bağlı sualına cavab olaraq o, sonuncunun qalib gələ biləcəyini bildirib.
“Senator, mən inanıram ki, Ukrayna qalib gələ bilər. “İnanıram ki, vətəniniz təhlükə altında olanda siz bizim təsəvvürümüzə gətirə bilməyəcəyimiz əzmlə vuruşursunuz, çünki biz heç vaxt belə vəziyyətə düşməmişik”, – Qrinkeviç bildirib.
Qrinkeviç təyin olunana qədər Birləşmiş Qərargah Rəislərinin Əməliyyatlar üzrə direktoru vəzifəsində çalışıb.