ABŞ-ın Ayova ştatında naməlum şəxs atəş açıb, nəticədə iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Bu barədə yerli polisdəki mənbəyə istinadən Associated Press yazır.
Materialda hadisənin iyunun 30-da səhər saatlarında baş verdiyi qeyd edilir. Hadisə şahidləri küçədə silahlı şəxsin olması barədə təcili xidmətə məlumat veriblər, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.
“İki polis əməkdaşı yaralanıb”, – nəşr yazır.
Mənbə: Associated Press