ABŞ-ın birinci xanımı Baydenin oğlunu 1 milyard dollarlıq böhtan iddiası ilə hədələyibbackend

ABŞ-ın birinci xanımı Melaniya Trampın vəkilləri keçmiş prezident Co Baydenin oğlu Hunter Baydenə onu mühakimə olunmuş pedofil Ceffri Epşteynlə əlaqələndirən “yalan” və “böhtan” ifadələrini geri götürmək üçün rəsmi tələb göndərib.

Bu barədə “Fox News” telekanalına mənbələr məlumat verib.

Avqustun 5-də kiçik Bayden YouTube-da video yayımladı və o, Melaniyanı ABŞ-ın gələcək prezidenti Donald Trampla tanış edənin məhz Epşteyn olduğunu söylədi.

“Bu bəyanatlar nəinki tamamilə yalandır, həm də xanım Trampın reputasiyasına düzəlməz ziyan vurur”, – vəkillər məktubda bildiriblər.

Hanter Bayden məlumatı təkzib etməsə, Melaniya Tramp bir milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edəcək. Mənbələrin Fox News-a verdiyi məlumata görə, müəyyən edilmiş ultimatum müddəti avqustun 7-də başa çatıb. Onların sözlərinə görə, kiçik Bayden Trampın iddiasına məhəl qoymayıb və bu, məhkəmə prosesini demək olar ki, qaçılmaz edir.