Reuters agentliyinin məlumatına görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp 2 martda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
Tədbir “Uşaqlar, Texnologiya və Münaqişədə Təhsil” mövzusunda olacaq. Çıxışında hazırkı ABŞ prezidenti Donald Trampın həyat yoldaşı təhsilin tolerantlığın inkişafındakı rolunu vurğulamaq niyyətindədir.
BMT sözçüsü Stefan Dujarrik qeyd edib ki, bu, Amerika prezidentinin həyat yoldaşının Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcəyi ilk haldır. O izah edib ki, prezidentlik vəzifəsini adətən səfir və ya ölkə hökumətinin prezidenti təmsil edən yüksək vəzifəli üzvü tutur.















