ABŞ-ın dolları siyasi təzyiq silahı kimi istifadə etmək qərarı onların əleyhinə işləyib

Fransız köşə yazarı Renaud Girard bildirib ki, ABŞ özünü elə vəziyyətə salıb ki, dünya qaçılmaz de-dollarizasiyaya doğru gedir.

O, bu barədə Le Figaro qəzetinin materialında məlumat verib.

Məqalədə deyilir: “Başqa ölkələrə öz valyutalarından siyasi təzyiq aləti yaradan amerikalılar bilmədən dollar kralını devirmək üçün qlobal hərəkata başladılar”.

Girard hesab edir ki, ölkələrin dollardan imtina etməsi ABŞ-ın öz valyutasından beynəlxalq münasibətlərin digər iştirakçılarına təzyiq aləti kimi istifadə etməsi ilə izah olunur.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər