ABŞ-ın İranda quru əməliyyatı keçirəcəyi təqdirdə Avropanın iqtisadi çöküşlə üzləşəcəyi proqnozlaşdırılırbackend

ABŞ İrana qarşı quru hücumu başlayarsa, Avropa tarixin ən böyük iqtisadi fəlakəti ilə üzləşəcək.

TASS-ın məlumatına görə, Serbiya prezidenti Aleksandr Vuçiç bunu xalqa müraciəti zamanı bildirib.

Vuçiç bildirib ki, “Əgər İran adalarına quru hücumu, İrana qarşı quru hücumu başlayarsa, dünya, xüsusən də Avropa tarixin ən böyük fəlakəti – enerji və iqtisadi fəlakətlə üzləşəcək”.