ABŞ-ın Avropa Birliyi məhsullarına tətbiq etdiyi yeni rüsumlar təxminən 390 milyon avro dəyərində ispan şərabının ixracını təhdid edə bilər.
Bunu Palacios Vinos de Finca şərab zavodunun ixrac şöbəsinin rəhbəri Olesya İsakova deyib.
“Yeni rüsumlar İspaniya şərab zavodlarına ciddi zərbə vuracaq. İspaniya Şərab Federasiyasının məlumatına görə, 2024-cü ildə ölkəyə təxminən 390 milyon avro dəyərində 97 milyon litr şərab ixrac edilib ki, bu da bütün şərab ixracının təxminən 13%-ni təşkil edir”.
İxrac rəhbərinin sözlərinə görə, ABŞ İspan şərabları üçün ikinci ən vacib istiqamət və köpüklü şərablar üçün əsas bazardır. İsakova xəbərdarlıq edib ki, ən böyük zərbə istehsalçıların əksəriyyətini təşkil edən kiçik və orta şərab zavodlarına dəyəcək. Kiçik bizneslər digər bazarlara uyğunlaşmaqda və iqtisadi təzyiqlərə tab gətirməkdə çətinlik çəkəcəklər.