ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın oğlu vəfat edibbackend

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında Los-Ancelesdə vəfat edib.

Ailəsi onun ölümünü ABC News-a bildirdi.

Ailəsinin dediyinə görə, Maykl Reyqan bazar günü, yanvarın 4-də yaxınlarının əhatəsində vəfat edib. Ailə onun mehriban ər, ata, baba olduğunu qeyd edib, itkisindən dərin kədər hissi keçirdiklərini vurğulayıblar.

Gənc Amerika Fondunun məlumatına görə, Reyqan xərçənglə uzun sürən mübarizədən sonra dünyasını dəyişib.