ABŞ-ın Kiyevə kömək məqsədilə LNG ixracına qoyulan qadağanı aradan qaldırmaq planları məlum olubbackend

ABŞ hakimiyyəti Konqresdə Ukraynaya yardım paketi üzrə razılığa nail olmaq üçün prezident Co Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qoyduğu qadağanı ləğv edə bilər. Bu barədə “Reuters” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Amerika rəhbərliyi yaxın gələcəkdə qaz ixracına heç bir məhdudiyyət tətbiq etmədiyi üçün fasilənin qismən götürülməsinə razı ola bilər.

Bundan əvvəl məlum olub ki, ABŞ-ın 16 ştatının səlahiyyətliləri LNG-nin ilk növbədə Avropaya ixracına icazə almaq üçün Ağ Evə müraciət ediblər.

Mənbə: Reuters