ABŞ-ın Miçiqan ştatında atışma nəticəsində ən azı ikisi uşaq olmaqla 9 nəfər yaralanıb. Bu barədə CNN məlumat yayıb.  Atəş açan şəxs hadisə yerinin yaxınlığında saxlanılıb. Hücum Rochester Hill şəhərində Brooklands Plaza Splash Pad ticarət mərkəzinin yaxınlığında baş verib. Hadisə yerindən tapança və 3 ədəd boş maqazin tapılıb. Səlahiyyətlilərin məlumatına görə, saxlanılan şəxs təxminən 28 atəş açıb. Hücumun motivi hələ müəyyən edilməyib.  Bundan əvvəl ABŞ-ın Perri şəhərində naməlum şəxs məktəbdə atışma törədibbackend

ABŞ-ın Miçiqan ştatında atışma nəticəsində ən azı ikisi uşaq olmaqla 9 nəfər yaralanıb. Bu barədə CNN məlumat yayıb.

Atəş açan şəxs hadisə yerinin yaxınlığında saxlanılıb. Hücum Rochester Hill şəhərində Brooklands Plaza Splash Pad ticarət mərkəzinin yaxınlığında baş verib. Hadisə yerindən tapança və 3 ədəd boş maqazin tapılıb. Səlahiyyətlilərin məlumatına görə, saxlanılan şəxs təxminən 28 atəş açıb. Hücumun motivi hələ müəyyən edilməyib.

Bundan əvvəl ABŞ-ın Perri şəhərində naməlum şəxs məktəbdə atışma törədib.

Mənbə: CNN