ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbələri endirilibbackend

Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi bazası pilotsuz uçuş aparatı (PUA) və raketlərlə vurulub. Bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər verir.

“Bir pilotsuz uçuş aparatı və dörd raket Suriyanın şimal-şərqindəki Həsəkə yaxınlığındakı Xarab əl-Cir hava limanında ABŞ bazasına zərbə endirib”, – mənbə bildirib.

Fevralın birinci yarısında Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında yerləşən Amerika hərbi bazası raket atəşinə tutulub.

Mənbə: RİA Novosti