ABŞ-ın Suriyanın şimal-şərqindəki bazasına kimin hücum etdiyi məlum olubbackend

Şiə silahlı qruplarının da daxil olduğu İraq müqaviməti Suriyanın şimal-şərqində Amerikanın Xarab Əl-Cir bazasına hücum etdiyini açıqlayıb. Silahlı qrup bəyanat yayaraq bildirib ki, qırıcılar reaktiv yaylım atəşindən istifadə edib və birbaşa zərbə endiriblər. Bu barədə RİA Novosti yazır.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdəki bazalarına son hücumlar nəticəsində 20-dən çox amerikalı hərbçinin yaralandığını bildirmişdi.

Pentaqonun sözçüsü Patrik Rayder də qeyd edib ki, son bir həftə ərzində ABŞ əsgərləri İraqda ən azı on, Suriyada isə üç dəfə raket və pilotsuz təyyarələrdən istifadə edərək hücuma məruz qalıb.

Mənbə: RİA Novosti