Vaşinqton Macarıstanın Baş naziri Viktor Orbanı Avropada sülhməramlı rol oynaya bilən azsaylı əsl dövlət xadimlərindən biri hesab edir.
Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın Baş naziri ilə görüşündə bildirib.
Vens Orbana müraciət edərək deyib: “Siz əsl dövlət xadimlərindənsiniz. Deyərdim ki, Avropada azsaylı əsl dövlət xadimlərindən birisiniz, dünyanın hər yerindən olan insanlarla danışa bilən və sülhməramlı və iqtisadi dövlət xadimi rolunu oynaya bilən azsaylı insanlardan birisiniz”.















