Birləşmiş Ştatlar Qəzza zolağı üçün sülh planı və infrastruktur yaradır ki, bu da bütün dünyada digər razılaşmalar üçün nümunə ola bilər.
Bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.
“Biz bir həftə əvvəl heç nə olmayan bir sülh planı və infrastruktur yaradırıq. Əgər bunu düzgün etsək, bu, bütün dünyada digər sülh sazişləri üçün bir model ola bilər”, – o deyib.














