ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel atom bombası qurbanlarının xatirəsini yad etmək üçün Naqasakidə keçiriləcək anım mərasimində iştirak etməyəcək. Bu barədə Yaponiyanın “Asahi” qəzeti məlumat yayıb.
“ABŞ-ın Yaponiyadakı səfiri Emmanuelin 9-da Naqasakidə keçiriləcək Sülh Duası Mərasimində iştirak etməyəcəyi açıqlanıb”, – nəşr yazıb.
Qeyd olunur ki, Böyük Britaniyanın Yaponiyadakı səfiri Culiya Loqbottom da qəzetin yazdığı kimi, “Naqasaki şəhəri İsrailin Yaponiyadakı səfirini dəvət etmədiyi üçün” anım tədbirində iştirak etməyəcəyini bildirib.