ABŞ İrandan uranın çıxarılması üçün əməliyyat planlaşdırırbackend

ABŞ prezidenti Donald Tramp İrandan təxminən 450 kq uranın çıxarılması üçün hərbi əməliyyat keçirmək imkanlarını araşdırır. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, bu, potensial olaraq mürəkkəb və riskli bir missiya olacaq, çünki ABŞ qoşunları bir neçə gün və ya daha uzun müddət İranda qalmalı olacaqlar.

Qəzetin mənbələri əməliyyatla bağlı yekun qərarın hələ verilmədiyini qeyd edirlər. Trampın hərbi personal üçün potensial riskləri qiymətləndirdiyi, lakin bunun İranın nüvə silahı hazırlamasının qarşısını almağa kömək edə biləcəyinə inanaraq bu variantı istisna etmədiyi bildirilir.