ABŞ administrasiyası İranın neft ehtiyatları üzərində tam nəzarəti ələ keçirmək niyyətindədir.
Bu barədə ABŞ-ın Enerji Dominantlığı üzrə Milli Şurasının direktoru Carrod Eygen Fox News-da bildirib.
Müxbirlər ondan Yaxın Şərq münaqişəsinin neft qiymətlərinə təsirini qiymətləndirməsini istəyiblər.
Eygen deyib: “Nəticə etibarilə, Hörmüz boğazındakı bu problemlər barədə narahat olmayacağıq, çünki bütün nefti İran rəhbərliyinin əlindən alacağıq”.












