ABŞ İranın nüvə inkişafını necə gizlətdiyini açıqlayıbbackend

İranın nüvə proqramını inkişaf etdirməyə çalışan Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatı Tehranın kosmik proqram obyektlərinin pərdəsi altında fəaliyyət göstərir.

Bu barədə mənbələrə istinadən Fox News telekanalı məlumat yayıb.

“Bir neçə ay ərzində toplanmış sübutlar göstərir ki, İranın əsas nüvə agentliyi olan Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı əvvəllər kosmik proqramların işlənib hazırlanması məntəqələri kimi tanınan iki sahədə fəaliyyət göstərir”, – deyə telekanalın bəyanatında deyilir.

Qeyd olunur ki, söhbət Şahrud kosmik mərkəzindən, həmçinin Semnan şəhərindəki kosmodromdan gedir.