ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bəyan edibbackend

ABŞ prezidenti Donald Tramp Ağ Evdə olarkən Vaşinqton İran hökumətinin nüvə silahı hazırlamasına icazə verməyəcək.

“Report”  xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

“Onların nüvə silahı ola bilməz. Prezident Trampın rəhbərliyi dövründə isə bunun baş verməməsi üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə siyasətçi ABŞ prezidentinin bu yaxınlarda İrana maksimum təzyiq haqqında fərman imzaladığını xatırladıb.