ABŞ ordusu fevralın 7-də İraqdakı hədəflərə zərbələr endirib, ABŞ-ın regiondakı bazalarına hücumların planlaşdırılmasında və iştirakına görə məsuliyyət daşıdığı Kataib Hizbullah qruplaşmasının komandirini öldürüb. Bu barədə RİA Novosti ABŞ Mərkəzi Komandanlığının mesajına istinadən yazır.
Rəsmi açıqlamaya görə, ABŞ hərbçiləri zərbəni öz əsgərlərinə qarşı hücumlara cavab olaraq həyata keçirib.
Mərkəzi Komandanlıq ABŞ-ın özünü qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulayıb.
Mənbə: TASS














