ABŞ İsrailin İrana cavab zərbəsindən danışıbbackend

ABŞ rəsmiləri İsrailin İrana cavabında İran ordusuna və ölkənin digər ölkələrdə dəstəklədiyi qüvvələrə zərbələr endirəcəyini gözləyir. Bu barədə NBC News məlumat yayıb.

Qeyd olunur ki, İsrailin cavab zərbəsi “miqyas baxımından məhdud” olacaq.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İranın bütün Yaxın Şərqi təhdid edən “tam miqyaslı təcavüz kampaniyası” apardığına dair bəyanat verib.

Mənbə: NBC News