ABŞ İsrailin Qəzzaya əməliyyatla bağlı planlarından xəbərsiz olduğunu etiraf edibbackend

Ağ Ev İsrailin Qəzza zolağında hərbi əməliyyatların daha az intensiv mərhələsinə nə vaxt keçməyi planlaşdırdığını bilmir. Bu barədə Amerikanın “Politico” qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

“Ağ Ev İsrailin HƏMAS-a qarşı daha az intensiv qisas mərhələsinə nə vaxt keçməyi planlaşdırdığını bilmir”, – nəşr yazıb.

Qeyd olunur ki, Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə yüksək səviyyəli rəsmisi Brett Makqurk və bir neçə ekspert arasında söhbətdən xəbərdar olan üç mənbə Makqurkun “ABŞ-ın nəyi bildiyi və nəyi bilmədiyi haqqında” açıq danışdığını bildirib.

Mənbə: Politico