ABŞ Jurnalistin Yəmənlə bağlı qapalı söhbətə necə girə bildiyini izah edibbackend

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Mike Waltz Fox News-a bildirib ki, The Atlantic-in baş redaktoru Cefri Qoldberq başqasının telefon nömrəsindən istifadə edərək Signal mesajlaşma proqramında ABŞ-ın Yəməndəki zərbələrini müzakirə edən şəxsi söhbətə daxil ola bilib.

Vals Qoldberqi ancaq “jurnalist kimi dəhşətli reputasiyasına” görə tanıdığını deyib.

“100% deyə bilərəm ki, mən bu şəxsi tanımıram. O, Birləşmiş Ştatların prezidenti Donald Trampa nifrət edir. “Mən ona yazmamışam, o, mənim telefonumda deyildi” deyə Ağ Evin müşaviri paylaşıb.