ABŞ Konfederasiya generalının təhqir olunmuş heykəlini bərpa edəcəkbackend

Milli Park Xidməti öz saytında bildirib ki, Milli Park Xidməti 2020-ci ilin iyununda etirazçılar tərəfindən sökülərək yandırılan Konfederasiya generalı Albert Pikin Vaşinqtonda abidəsini bərpa edib yenidən quraşdıracaq.

Qeyd olunur ki, bərpa “Tarixi Qoruma Aktı” üzrə federal öhdəliklərə, həmçinin ABŞ prezidenti Donald Trampın Vaşinqtonun gözəlləşdirilməsi və əvvəllər mövcud olan heykəllərin bərpası ilə bağlı verdiyi sərəncamlara uyğundur.

Abidənin zədələnmiş daş postamentinin təmiri üçün yerin hazırlanmasına yaxın vaxtlarda başlanacaq və oktyabr ayına kimi başa çatdırılacaq.