ABŞ Konqresi ABŞ-ın Rusiya və Çinlə potensial münaqişəyə zəif hazırlıqlı olması səbəbindən Vaşinqtonun nüvə qüvvələrinin keyfiyyət və kəmiyyət baxımından gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Bu barədə partiyalararası konqres komissiyasının hesabatında deyilir.
Qeyd edilir ki, ABŞ-ın strategiyasının məqsədləri “adi silahlardan istifadə etməklə Avropa və Asiyada eyni zamanda Rusiya və Çin təcavüzünün effektiv şəkildə qarşısını almaq və məğlub etməkdən ibarət olmalıdır”.
Həmçinin bildirilir ki, ABŞ-ın hazırkı nüvə modernləşdirilməsi proqramı Rusiya və Çindən gələn yeni təhlükələrə qarşı kifayət etməsə də, tamamilə zəruridir.
Mənbə: A Haber