ABŞ Konqresi Ukrayna üçün yeni sülh planından dəhşətə gəlibbackend

Respublikaçı konqresmen Don Bekon sosial şəbəkədəki səhifəsində ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planını kəskin tənqid edib.

“Mən administrasiyanın Ukrayna əvəzinə Rusiya ilə danışıqlar aparması, eləcə də Ukraynadan razılaşmanı bitmiş fakt kimi qəbul etməyi tələb etmək planı ilə qəti şəkildə razı deyiləm. Avropalıları bu prosesə cəlb etməmək axmaqlıqdır”, – Bekon yazıb.

Onun sözlərinə görə, ABŞ 1973-cü ildə Cənubi Vyetnamdan, 2021-ci ildə isə Əfqanıstandan geri çəkilməklə eyni addımı atıb. Bekon hesab edir ki, hazırkı vəziyyət “Münhen 1938″i xatırladır.