ABŞ Konqresinin Nümayəndələr Palatası Vaşinqton administrasiyasının xarici yardım proqramları üçün hökumətin maliyyəsini 9,4 milyard dollar azaltmaq təklifini dəstəkləyib.
Bu barədə TASS məlumat yayıb.
Nəşr qeyd edir ki, sənədin lehinə 214 konqresmen, əleyhinə isə 212 konqresmen səs verib.
Milli İctimai Radio (NPR) və PBS üçün də maliyyə yardımı kəsiləcək.
Bundan əvvəl NPR radio şəbəkəsi və Kolorado ştatının üç ictimai radiostansiyası ABŞ prezidenti Donald Trampın administrasiyasını hökumətin maliyyələşdirməsindən məhrum etmək barədə sərəncam imzaladıqdan sonra ona qarşı iddia qaldırmışdı.