ABŞ Konqresi yaxınlaşan insanabənzər robotların işğalından narahatdırbackend

ABŞ Konqresinin bir sıra qanunvericiləri Çin istehsalı olan “dəhşətli dərəcədə real” insanabənzər robotların bazara çıxmasından narahatdırlar.

Bu barədə New York Post məlumat yayıb.

Məqalədə deyilir: “Hələ geniş təbliğat aparmasa da, müxtəlif Çin şirkətləri qutuları daşımağa, yüksək sürətlə hərəkət etməyə və hətta insan üz ifadələrini köçürməyə qadir olan insanabənzər robotlar istehsal etməyə başlayıblar”.

Nəşr Konqresdə TikTok-u qadağan edən qanunun ABŞ-da qəbul edilməsində mühüm rol oynamış məşhur lobbiçi Ceykob Helberqin fikrinə istinad edir. Onun fikrincə, Çin Kommunist Partiyası və ya Çin tərəfindən dəstəklənən hücumçular robotlardan “casusluq, kritik infrastrukturun təxribatı və ya hətta amerikalılara fiziki zərər vurmaq yolu ilə təxribat törətmək üçün” istifadə edə bilər.

Mənbə: Haberler.com