ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin iki mərhələli maliyyələşdirməsini təsdiqləyibbackend

Amerika Konqresinin Nümayəndələr Palatası spikerin ABŞ hökuməti üçün iki mərhələli müvəqqəti maliyyələşdirmə haqqında təqdim etdiyi, Ukrayna və İsrailə dəstək üçün vəsaitin ayrılmasını nəzərdə tutmayan qanun layihəsini təsdiqləyib. Bu barədə RİA Novosti məlumat yayıb.

336 konqresmen qanun layihəsinin lehinə, 95-i isə əleyhinə səs verib.

Nümayəndələr Palatasının spikeri Mayk Consonun təqdim etdiyi qanun layihəsi iki mərhələli maliyyələşdirmə yolu ilə hökumət büdcəsinin qəbulu üçün buraxılmış son tarix səbəbindən federal hökumətin bağlanmasının, bağlanmasının qarşısını almaq üçün hazırlanıb. Onun sözlərinə görə, nəqliyyat, enerji və hərbi tikinti ilə bağlı proqramların bir hissəsi yanvarın ortalarına qədər maliyyələşdiriləcək. Lakin təklif olunan qanun layihəsində nə İsrailə, nə də Ukraynaya yardım göstərilmir.

Mənbə: RİA Novosti