Vaşinqtonda rəqəmsal aktivlər bazarı ilə bağlı skeptisizm gücləndiyi üçün kripto şirkətləri Amerika siyasətçilərinə maliyyə vəsaitlərini kəskin şəkildə artırıblar. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
“Vaşinqtonda rəqəmsal aktivlər bazarına qarşı əhval-ruhiyyə gücləndiyi üçün kripto şirkətləri Amerika siyasətçilərinə ianələri kəskin şəkildə artırıblar”, – nəşr bildirib.
Qeyd edilir ki, söhbət Coinbase, Circle və a16z kimi şirkətlərdən gedir. Nəşr vurğulayır ki, şirkətlər kriptovalyuta tərəfdarı olan qanunvericiləri seçmək və gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində Konqresdə ilişib qalan qanun layihələrini təsir etmək üçün “daha çox vəsait” yönəldirlər.
Mənbə: Financial Times











